Çavuşoğlu Rusiyaya gedəcək: Lavrov dəvət edib

Xəbərlər

24.12.2020 - 17:56

Türkiyə XİN başçısının Soşiyə işgüzar səfəri olacaq

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dekabrın 29-da Rusiyanın Soçi şəhərinə səfər edəcək. AYNA rus mediasına istinadən bildirir ki, bu barədə məlumatı Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova deyib.

 

Zaxarova bildirib ki, Çavuşoğlunun işgüzar səfəri rusiyalı həmkarı Sergey Lavrovun dəvəti ilə gerçəkləşəcək: “Dekabrın 29-da Türkiyənin xarici işlər naziri Rusiya XİN rəhbəri Sergey Lavrovun dəvəti ilə bizim ölkəmizə, Soçi şəhərinə işgüzar səfər edəcək. Çavuşoğlu Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyət göstərən Birgə Strateji Planlaşdırma Qrupunun 8-ci iclasında iştirak edəcək”.

Müəllif: Ayna.az