Əsgəran sakini olan 21 yaşlı şəxs “dövlətə xəyanət”də günahlandırılır
Qarabağdakı erməni terrorçu rejiminin “Milli Təhlükəsizlik Xidmətinin” əməkdaşları “dövlətə xəyanət faktı” aşkarlayıblar. AYNA erməni mediasına istinadən bildirir ki, 25 sentyabrda sosial şəbəkələrdə və “Telegram” kanallarında bir nəfərin Xankəndidə müxtəlif yerləri göstərdiyi və rus dilində “bura Xankəndidir” söylədiyi video yayılıb.
Bundan sonra separatçıların qondarma “təhlükəsizlik əməkdaşları” əməliyyat tədbirləri keçiriblər. Nəticədə Əsgəran sakini olan 21 yaşlı M.A. “vətənə xəyanət etməkdə” şübhəli bilinərək saxlanılıb.