44 min 335 uşaq bağçalara qəbul olunub
İyulun 7-dən 2026–2027-ci tədris ili üzrə uşaqların məktəbəqədər təhsil müəssisələrinə elektron qəbulu prosesinə start verilib.
AYNA.AZ xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirilib.
Qeyd olunub ki, proses “my.gov.az” portalı vasitəsilə həyata keçirilib və 44 min 335 uşaq bağçalara qəbul olunub.