Bu gün Lavrov Zəriflə Qarabağı müzakirə edəcək

Xəbərlər

26.01.2021 - 12:25

XİN başçılarının görüşündə əsas müzakirə mövzularından biri Qarabağ məsələsidir

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşəcək. AYNA Rusiya mediasına istinadən bildirir ki, görüşdə əsas müzakirə mövzularından biri Qarabağ məsələsidir.

 

Zərifin Moskva səfərində İranın nüvə proqramı, Suriyadakı vəziyyət kimi mövzuların da müzakirə ediləcəyi də gözlənilir.

 

Qeyd edək ki, İranın XİN başçısı dünən Azərbaycanda səfərdə olub, Prezident İlham Əliyev və azərbaycanlı həmkarı Ceyhun Bayramovla müzakirələr aparıb.

Müəllif: Ayna.az