“Bu gedişlə məmurlara ehtiyac qalmayacaq...”

Cəmiyyət

14.02.2020 - 18:59

Həkimlər Klinikalar SEO Xidməti

Ekspert: “Ali məktəblərdə bəzi fakültələr birləşdiriləcək, yeni ixtisaslar yaranacaq”

 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bakalavr səviyyəsi üzrə yeni ixtisaslar yaradılıb, bir çox ixtisaslarsa ləğv olunub. 2020-ci ildə ali təhsil müəssisələrinə bu yeni ixtisaslarla bağlı qəbul həyata keçiriləcək.

 

Yeniliyi AYNA-ya şərh edən təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, get-gedə əksər sahələr elektronlaşdığı və insan əməyinə tələbat azaldığı üçün bəzi addımlar atmağa ehtiyac yaranır: “Bunu nəzərə alaraq 2018-ci Bakı Ali Neft Məktəbində “İnformasiya təhlükəsizliyi”, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində isə “Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi və “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” kimi yeni ixtisaslar yaradılıb. Etiraf edək ki, zaman çox sürətlə dəyişir. Qədimdə önəmli iki ixtira arasında yüz illərlə yol gedilirdisə, indi iki böyük kəşf arasında gedilən yol aylarla, günlərlə ölçülür. Məsələn, foto sənayesində “Kodak”, “Alfa” firmaları 150 il hegemon idi, lentli fotoaparatlar istehsal edirdilər. Amma hazırda telefonlardan fotoaparat kimi istifadə edə bilirik və fotoaparata çoxumuzun ehtiyacı yoxdur”.

Təranə Xudabaxşiyeva

Pin up casino Pin-up casino giriş