Bakı ilə yanaşı Sumqayıt və Gəncə şəhərləri daha riskli ərazilərdir
“Böyük şəhərlərdə və ünsiyyətin sıx olduğu yerlərdə koronavirusa yoluxma riski böyükdür. Bakı ilə yanaşı Sumqayıt və Gəncə şəhərləri daha riskli ərazilərdir: “Ona görə də böyük şəhərlərdə olan insanın üzərinə daha ciddi məsuliyyət düşür. İnsanlar növbəlilik mədəniyyətini formalaşdırmalıdır”.
AYNA xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünki brifinqində deyib.
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov isə əlavə edib ki, virusa yoluxma riskininin daha çox olduğu xüsusi qeyd ediləsi region yoxdur: "Bakı bir az fərqlidir, çünki paytaxtda yaşayanların sayı çoxluq təşkil edir. Bəzən dezinformasiya yayılır ki, hansısa bölgədə yoluxma sayı çoxdur. Belə informasiyalara inanılmasın. Bu gün ölkədə qırmızı zona elan edilən xüsusi zona yoxdur”.