Gediş haqqı tarifi 0,40 AZN-dən 0,35 AZN-ə dəyişdirilib
Vətəndaşların rahatlığı nəzərə alınaraq M8 ekspress xətti (Maştağa qəsəbəsi – “Gənclik” metro stansiyası) adi rejimə keçirilib.
AYNA xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal kərimli deyib.
O bildirib ki, daimi sərnişinlərə xidmət edəcək xətt üzrə gediş haqqı tarifi 0,40 AZN-dən 0,35 AZN-ə dəyişdirilib.