Ölkədə son sutkada COVID-19-dan 1 nəfər ölüb
Böyük Britaniyada son sutka ərzində 5683 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 522 476 nəfərə çatıb.
AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 1 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 127 841 nəfərə çatıb.