Britaniyada koronavirus daha 96 nəfərin həyatına son qoyub

Dünya

21.07.2021 - 04:16

Həkimlər Klinikalar SEO Xidməti

Koronavirus can almağa davam edir 

 

Böyük Britaniyada son sutka ərzində 46 558 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 5 519 602 nəfərə çatıb.

 

AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

 

Son sutka ərzində 96 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 128 823 nəfərə çatıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş