Böyük summativ qiymətləndirilmənin aparılması planlaşdırılır

Xəbərlər

07.12.2020 - 14:29

Hazırda şagirdlərin kiçik summativ qiymətləndirilməsinin aparılması uyğun hesab olunmayıb

 

Təhsil Nazirliyinin “Bizdən soruşurlar” layihəsi çərçivəsində nazirliyə daha çox müraciət edilən mövzularla bağlı suallara cavab verilməsi davam etdirilir. Bu barədə AYNA-ya nazirlikdən məlumat verilib.

 

“Distant təhsilin davam etdiyi bu dövrdə şagirdlərin qiymətləndirilməsi necə həyata keçiriləcək?” sualına cavab olaraq layihə çərçivəsində bildirilib ki, hazırda şagirdlərin kiçik summativ qiymətləndirilməsinin aparılması uyğun hesab olunmayıb.

 

Yarımilin sonunda böyük summativ qiymətləndirilmənin aparılması planlaşdırılır. Qiymətləndirilmənin hansı formada aparılması isə (əyani və ya distant) 2021-ci il yanvarın sonunadək müəyyənləşdiriləcək”.

Müəllif: Ayna.az