Börnhem və Makron Ukraynada SCALP raket istehsalını müzakirə ediblər

Dünya

04.09.2026 - 12:03

Liderlər ortaq maraqların qorunması üçün birgə işləməyin vacib olduğu barədə razılığa gəliblər

Böyük Britaniyanın Baş naziri Endi Börnhem və Fransa Prezidenti Emmanuel Makron Ukraynada SCALP raketlərinin istehsalı ilə bağlı növbəti addımları müzakirə ediblər.

AYNA.AZ xəbər verir ki, "European Pravda" qəzetinin məlumatına görə, bu barədə Britaniya Baş nazirinin ofisi məlumat yayıb.

Bildirilib ki, liderlər ortaq maraqların qorunması üçün birgə işləməyin vacib olduğu barədə razılığa gəliblər.

Məlumatda deyilir: "Ukraynaya gəldikdə, onlar Ukraynada Britaniya texnologiyasından istifadə edən SCALP uzunmənzilli raketləri üçün yerli yığım xətlərinin yaradılması ilə bağlı növbəti addımları müzakirə ediblər və həmçinin ötən həftə Kiyevdə keçirilən "Könüllülər koalisiyası"nın uğurlu iclasını müzakirə ediblər".

Qeyd edək ki, SCALP raketləri Britaniyanın "Storm Shadow" raketinin fransız versiyasıdır və ortaq Fransa və Britaniya texnologiyasından istifadə edir.

24 avqustda Kiyevə səfəri zamanı Britaniyanın Baş naziri Londonun "Storm Shadow" istehsal texnologiyasını Ukrayna ilə bölüşmək qərarına gəldiyini açıqlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş