Baş Nazirin məhdudiyyətlərin azaldılacağına dair planları açıqlayacağı gözlənilir
Böyük Britaniyanın Baş Naziri Boris Conson koronavirus müalicəsindən 22 gün sonra yenidən vəzifəyə qayıdıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, dünən gecə Baş Nazirlik kabineti və 10 nömrəli iqamətgaha qayıdan Conson bu gün videokonfrans vasitəsilə keçiriləcək Nazirlər Şurasının iclasına rəhbərlik edəcək. Həmiçin, Consonun gündəlik mətbuat konfransında da iştirak edəcəyi gözlənilir.
“Telegraph” qəzetinin yazdığına görə, Consonun bu həftə məhdudiyyətlərin azaldılacağına dair planları açıqlayacağı gözlənilir.
Qeyd edək ki, martın 27-də Baş Nazirin COVID-19 testi müsbət çıxmışdı. 10 gün ərzində sağalmayan Conson aprelin 5-də xəstəxanaya aparılmış və ertəsi gün reanimasiya yerləşdirilmişdi.