Borclu şəxs qismində axtarılan 75 nəfər saxlanılıb

Xəbərlər

24.12.2020 - 17:20

Əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub

 

Ötən gün ərzində törədilmiş 15 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 87 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 75 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli altı, qanunsuz saxlanılan silah-sursatla bağlı dörd fakt müəyyənləşdirilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

Müəllif: Ayna.az