Boliviya Hərbi Hava Qüvvələri sabiq prezidentin ittihamlarını əsassız sayıb

Dünya

23.11.2019 - 18:00

Həkimlər Klinikalar SEO Xidməti

"Bu hadisənin səbəblərini öyrənəcəklər”

 

Boliviya Hərbi Hava Qüvvələri sabiq prezident Evo Moralesin helikopterindəki nasazlıqda onların əli olduğuna dair ittihamını rədd edib. AYNA xəbər verir ki, Boliviya Hərbi Hava Qüvvələrinin “Twitter”dəki açıqlamasında bildirilir: 

 

“Hava Hadisələrinin Araşdırılması Qrupu uçuş vasitələrinin təhlükəsizliyinə məsul heyətlə birgə işə başlayıb və bu hadisənin səbəblərini öyrənəcəklər”.

 

Xatırladaq ki, Evo Morales noyabrın 4-də hələ prezident olduğu dönəmdə Boliviyada avtomobil yolunun açılışından geri qayıdarkən helikopteri texniki nasazlıq səbəbindən təcili eniş etmişdi. Hərbçilərin ilkin versiyasına görə, bunun səbəbi arxa propellerin sınması olub.

 

Bu il oktyabrın 20-də keçirilən prezident seçkilərində kiçik fərqlə qalib gələn E.Morales müxalifətin saxtakarlıq ittihamlarından sonra təkrar seçki elan etsə də, sonra hərbi elitanın təzyiqi ilə istefa verərək Meksikaya gedib. Onunla bir yerdə ölkənin ali rəhbərliyi də istefa verib, hazırda Boliviya Senatının müxalifətdən olan sədr müavini Janin Anyes müvəqqəti prezident kimi fəaliyyət göstərir.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş