BMT Hörmüz boğazında naviqasiya azadlığına hörmət etməyə çağırıb

Dünya

15.08.2026 - 13:11

“Bu naviqasiya hüquq və azadlıqlarının həyata keçirilməsi bütün tərəflər tərəfindən beynəlxalq hüquqa uyğun olaraq hörmətlə qarşılanmalıdır"

BMT ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını Amerika ərazisi elan edə biləcəyi barədə açıqlamasından sonra bütün tərəfləri beynəlxalq hüquqa və Hörmüz boğazında naviqasiya hüquq və azadlıqlarına hörmət etməyə çağırıb.

AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dujarrik Amerika liderinin açıqlamaları ilə bağlı şərh istəyinə cavab olaraq deyib.

Dujarrik qeyd edib ki, "Hörmüz boğazında və ətrafında beynəlxalq naviqasiya hüquq və azadlıqlarının tam bərpası çağırışımızı təkrarlayırıq. Bu naviqasiya hüquq və azadlıqlarının həyata keçirilməsi bütün tərəflər tərəfindən beynəlxalq hüquqa uyğun olaraq hörmətlə qarşılanmalıdır".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş