BMT Baş katibi Əfqanıstanla bağlı xüsusi iclas çağırıb

Dünya

27.08.2021 - 05:46

Həkimlər Klinikalar SEO Xidməti

Antoniu Quterreş Kabildə baş verən terror hücumlarını pisləyib 

 

BMT-nin Baş katibi Antoniu Quterreş Təhlükəsizlik Şurasının daimi üzvləri olan ölkələrin səfirləri ilə Əfqanıstanla bağlı görüşmək niyyətində olduğunu təsdiqləyib.

 

AYNA xəbər verir ki, bu barədə Baş katib jurnalistlərə açıqlamasında deyib.

 

"Kabildə baş verən dəhşətli terror hücumlarını şiddətlə qınayıram və ölənlərin ailələrinə başsağlığı verirəm", - Quterreş bildirib.

 

Qeyd edək ki, Kabildə bu gün baş verən partlayışlarda, ən son məlumatlara görə, 60-dan çox insan həlak olub, 150 nəfər yaralanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş