Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

İqtisadiyyat

07.08.2026 - 21:37

2025-ci ildə hazırlanmış 12 layihə bu il qəbul edilib

Bu ilin I yarımilində Maliyyə Nazirliyi tərəfindən 68 akt layihəsi hazırlanıb ki, bu sənədlərin 41-i təsdiqlənib. AYNA.AZ xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, altı ayda hazırlanan akt layihəsinin 27-si Nazirlər Kabinetinin sərəncamı, 17-si Prezidentin Fərmanı, 12-si Nazirlər Kabinetinin qərarı, 10-u Azərbaycan Respublikası Qanunu, 2-si Maliyyə Nazirliyinin Kollegiya qərarı olub.

Maliyyə Nazirliyinə daxil olmuş hüquqi akt layihələrinin sayı 678 olub. Eyni zamanda, 505 layihəyə rəy verilib, 173 layihə Maliyyə Nazirliyinin rəhbərliyi tərəfindən vizalanıb, 2025-ci ildə hazırlanmış 12 layihə cari ildə qəbul edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş