Bir sıra kollec publik hüquqi şəxsə çevrilir

Xəbərlər

08.10.2021 - 12:53

Həkimlər Klinikalar SEO Xidməti

Baş nazir qərar imzalayıb

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

AYNA-ya məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, aşağıdakı kolleclər də yenidən təşkil olunacaq:

-Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinə çevrilmə yolu ilə;

- Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinə çevrilmə yolu ilə;

- Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinə çevrilmə yolu ilə;

- Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kolleci publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecinə çevrilmə yolu ilə;

- Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kolleci publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinə çevrilmə yolu ilə;

- Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kolleci publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinə çevrilmə yolu ilə;

- Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə çevrilmə yolu ilə;

- Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kolleci publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecinə çevrilmə yolu ilə;

- Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci publik hüquqi şəxs statusuna malik olan Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinə çevrilmə yolu ilə.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş