Biləcəridə heyvan kəsimi məntəqələrində nöqsanlar aşkarlanıb

Xəbərlər

13.07.2021 - 11:34

Həkimlər Klinikalar SEO Xidməti

Monitorinqlər zamanı onların qanunsuz fəaliyyəti davam etdirdikləri aşkar olunub

 

Keçirilən monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən 5 heyvan kəsimi və ət satışı məntəqəsinə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onların qanunsuz fəaliyyəti davam etdirdikləri aşkar olunub.

 

Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) AYNA-ya verilən məlumata görə, nöqsanlar aşkarlanan heyvan kəsimi məntəqələrinin ünvanları aşağıdakılardır:

 

1. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən, fiziki şəxs Abdulxalidov Anar Asif oğluna məxsus heyvan kəsimi məntəqəsi;

 

2. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M. Aslanov küçəsində yerləşən, fiziki şəxs Quliyev Əlizadə Ələkbər oğluna məxsus heyvan kəsimi məntəqəsi;

 

3. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M. Aslanov küçəsində yerləşən, fiziki şəxs Novruzov Əlisultan Ələmşad oğluna məxsus heyvan kəsimi məntəqəsi;

 

4. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Babək küçəsi ilə 10 May küçəsinin kəsişməsində yerləşən, fiziki şəxs Çırağov Məzahir Yapon oğluna məxsus heyvan kəsimi məntəqəsi;

 

5. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsində yerləşən, fiziki şəxs Kazımov Niyazi Rövşən oğluna məxsus heyvan kəsimi məntəqəsi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş