Ramin Bayramlı: “Onsuz həmin müəssisələrin böyük əksəriyyəti həftə sonlarında fəaliyyət göstərmirdi”
Fasiləsiz işləməsi zəruri olan istehsal müəssisələri var ki, o sahələrdə iş prosesi dayanmayacaq. Amma digər əksər qurumlarda iş prosesinə fasilə verməyə ehtiyac yoxdur.
AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in sədri Ramin Bayramlı deyib.
“Onsuz da fəaliyyəti zəruri olmayan istər özəl, istərsə də dövlət müəssisələrin böyük əksəriyyəti həftə sonlarında qeyri-iş günü olduğu üçün çalışmırdı. Ona görə də burada iqtisadi amilləri də nəzərə alaraq həftə sonları onlar üçün belə bir qərar qəbul edilməyib”, - Bayramlı əlavə edib.