Bəzi dövlətlər COVID-19 pasportu tələb edəcək

Xəbərlər

11.06.2020 - 18:32

cedabet dərman SEO Xidməti

Arif Məmmədov: “Sərnişinləri karantinə götürəcək dövlətlərin bəzilərində bu karantinin kimin hesabına olacağı aydın deyil”

 

“Xarici dövlətlərdən vətəndaşlarımızla bağlı hansı tələblər olduğunu soruşmuşuq. Ukrayna, Belarus və Qırğızıstan artıq cavab göndərib”.

 

AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov deyib.

 

“Bəzi dövlətlər COVID-19 pasportu tələb edəcəyini bildirib. Sərnişinləri karantinə götürəcək dövlətlərin bəzilərində isə bu karantinin kimin hesabına olacağı aydın deyil”, - o bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş