Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib

Xəbərlər

18.03.2025 - 16:57

Həkimlər Klinikalar SEO Xidməti

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Ölkə üzrə bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib. AYNA.AZ xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) martın 18-də keçirilən iclasında qurumun sədr müavini Rövzət Qasımov açıqlayıb.

O bildirib ki, MSK-nın müvafiq qərarlarına əsasən, 15 saylı Yasamal birinci, 18 saylı Nərimanov-Nizami-Binəqədi, 43 saylı Sumqayıt ikinci, 79 saylı Astara dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.

Qərarlar iclasda ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş