Suriyada prezident seçkilərində 3 nəfər namizədliyi qəbul olunub
Suriya Ali Konstitusiya Məhkəməsi qarşıdan gələn prezident seçkilərində iştirak etmək hüququ qazanmış namizədlərin adını açıqlayıb. AYNA xarici mediaya istinadən bildirir ki, seçkilərə üç nəfərin namizədliyi qəbul edilib.
Bunlar ölkənin hazırkı Prezidenti Bəşər Əsəd, müxalif Demokratik Cəbhənin baş katibi Mahmud Əhməd Meri və Sosialist Yunionist Partiyasının üzvü Abdulla Sallum Abdulladır.
Qeyd edək ki, seçkiləri 26 mayda keçiriləcək. Bu kampaniyada iştirak etmək üçün ümumilikdə 51 müraciət təqdim edilib. Onlardan 48-nə konstitusiya və hüquq normalarına uyğunsuzluq səbəbindən imtina verilib.