Türkmənistan Prezidentinin atası dünyasını dəyişib
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun atası Malikqulu Berdiməhəmmədov vəfat edib. AYNA “İnterfaks”a istinadən xəbər verir ki, Prezidentin atası 89 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, M.Berdiməhəmmədov uzun illər hüquq-mühafizə orqanlarında çalışıb. O, 1982-ci ildə Daxili İşlər Nazirliyindən polis polkovnik-leytenantı rütbəsində ehtiyata buraxılıb.