Bərdədə yaşadığı yeri tərk edən 2 COVID-19 xəstəsi saxlanılıb

Xəbərlər

02.12.2020 - 10:58

Həkimlər Klinikalar SEO Xidməti

Həmin şəxslər aşkar olunaraq müalicə aldıqları ünvanlara geri qaytarılıblar

 

Bərdədə müalicə aldıqları ünvanı tərk edən iki koronavirus xəstəsi müəyyən edilib. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində koronavirusa yoluxmuş və karantin qaydalarına zidd davranaraq müalicə aldıqları ünvanı tərk etmiş iki rayon sakini- A.Bayramov və B.Bəhrami müəyyən edilib. Həmin şəxslər rayonun müxtəlif yerlərində aşkar olunaraq müalicə aldıqları ünvanlara geri qaytarılıblar. Bərdə Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş