"Bavariya"nın futbolçusu ürəyindən əməliyyat olunub

İdman

17.09.2021 - 19:20

Həkimlər Klinikalar SEO Xidməti

Koman komandadan təxminən 2 həftə kənar qalacaq

Almaniyanın "Bavariya" klubunun futbolçusu Kinqsli Koman ürəyindən əməliyyat olunub.

AYNA-nın məlumatına görə, bu barədə Münhen təmsilçisinin baş məşqçisi Yulian Nagelsman klubun rəsmi saytına açıqlamasında bildirib.

O, fransalı oyunçunun ürəyində kiçik problemlərin olduğunu söyləyib: "Bəzən nəfəs almaqda çətinlik çəkirdi. Bu səbəbdən, əməliyyata ehtiyac duyulub. Koman komandadan təxminən 2 həftə kənar qalacaq".

Qeyd edək ki, Kinqsli Koman cari mövsüm 4 matçda meydana çıxıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş