Balakəndə üç tona yaxın çətənə kolu məhv edilib

Xəbərlər

09.06.2021 - 14:59

4800 çətənə kolu polis əməkdaşları tərəfindən kökündən çıxarılıb

 

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Mahamalar kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya bildirilib ki, ümumi çəkisi 3 tona yaxın olan 4800 çətənə kolu polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az