Bakıdan Minskə birbaşa aviareyslər bərpa edilir

Xəbərlər

27.11.2020 - 12:26

Həkimlər Klinikalar SEO Xidməti

Reyslər Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından həyata keçiriləcək

 

Bakı-Minsk marşrutu üzrə birbaşa aviareyslər bərpa olunur. Bu barədə AYNA-ya Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

 

Qeyd olunub ki, dekabr ayının əvvəlindən Bakı-Minsk marşrutu üzrə müntəzəm çarter reyslərinin bərpa edilməsi nəzərdə tutulur.

 

“4 dekabr 2020-ci il tarixdən etibarən “Belavia” aviaşirkəti Bakı-Minsk marşrutu üzrə müntəzəm reyslərin həyata keçirilməsinə başlayacaq. İki paytaxt arasında uçuşlar həftədə dörd dəfə - çərşənbə axşamı, cümə, şənbə və bazar günləri həyata keçiriləcək”, - deyə məlumatda bildirilib.

 

Bu reyslər Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından həyata keçiriləcək.

 

Qeyd edək ki, yalnız vətəndaşlığı olan və ya təyinat ölkəsinə giriş hüququna malik , eləcə də koronavirusa (COVID-19) dair testdən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər uçuşlara buraxılacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş