Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb edilib
Bakıda yaşayış binasının həyətində yanğın baş verib. AYNA xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.
İlkin məlumata görə, çoxmərtəbəli yaşayış binasının yaxınlığında 70 m2 sahəsi olan ərazidə taxta tullantıları yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından mühafizə idarəsinin müvafiq qüvvələri cəlb edilib. Yanğın qısa zamanda söndürülüb.