Bakıda yaşayış binasında yanğın: <font color=red> sakinlər təxliyə edilib</font>

Hadisə

05.12.2020 - 21:48

Yanğın zamanı 12 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib

 

Bakı şəhərinin Nizami rayonunda 17 mərtəbəli yaşayış binasında yanğın olub.

 

AYNA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, binanın ikinci mərtəbəsindən damına qədər şaxta boyunca elektrik kabelləri 48 p.m yanıb. Yanğın zamanı 12 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

 

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az