BŞİH sosial şəbəkədə yayılan məlumata münasibət bildirib
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Akademik Zərifə Əliyeva küçəsi ilə Məmməd Əmin Rəsulzadə küçələrinin kəsişməsində yerləşən tarixi binanın fasadının bir hissəsinin qara və qızılı rəngə boyanması haqqında sosial şəbəkədə yayılan məlumata münasibət bildirib.
BŞİH-dən AYNA-ya bildirilib ki, paytaxtın müvafiq xidmətlərinin və Baş Polis İdarəsinin əməkdaşları tərəfindən dərhal həmin ərazinin əvvəlki vəziyyətə gətirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilib, binadakı obyektin icarədarı və sahibkar cəzalandırılıb.