Bakıda qəza: “Mazda” taksiyə çırpılıb

Hadisə

20.08.2020 - 01:49

Hadisə zamanı iki sərnişin xəsarət alıb

 

Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib. AYNA APA-ya istinadən xəbər verir ki, hadisə Neftçilər prospektində qeydə alınıb.

 

Fərid Mahmudovun idarə etdiyi “Mazda” markalı avtomobilin qarşısına anidən taksi fəaliyyəti ilə məşğul “Kia” markalı avtomobil çıxıb. Zərbənin gücündən taksidə olan iki sərnişin xəsarət alıb.

 

Əraziyə Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Müəllif: Ayna.az