Bakıda polis arvadını güllələyərək öldürüb

Hadisə

30.09.2021 - 14:29

Həkimlər Klinikalar SEO Xidməti

Rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır

Azərbaycanda polis arvadını qətlə yetirib. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, bu gün səhər saat 9 radələrində Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanın ailə münaqişəsi zəminində ondan 24-cü Polis Şöbəsinə şikayətə gəldiyi barədə məlumat alır.

O, dərhal şöbəyə gəlib və üzərində olan xidməti silahdan atəş açaraq X.Məmmədovanı orada qətlə yetirib.

İ.Məmmədov saxlanılıb. Faktla əlaqədar Rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş