Bakıda narkotik satışı ilə məşğul olan iki nəfər saxlanılıb

Xəbərlər

09.08.2021 - 15:51

Həkimlər Klinikalar SEO Xidməti

Niyaz Hüseynov və Mahir Hümbətov tutularaq istintaqa cəlb olunublar

 

Nərimanov rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan iki nəfər rayon polis idarəsinin 16-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat  Xidmətindən AYNA-ya verilən məlumata görə, əməliyyat zamanı Bakı şəhər sakinləri Niyaz Hüseynov və Mahir Hümbətov tutulublar.

 

Niyaz Hüseynovun üzərindən satış üçün hazır bükümlərdə qablaşdırdığı və onlayn yolla əldə etdiyi 13 qrama yaxın heroin, 9 qram metamfetamin və satışı qadağan edilən 7 ədəd psixotrop tərkibli preqabalin həbi aşkarlanıb.

 

Mahir Hümbətovun üzərinə baxış keçirilən zaman ondan metamfetamin aşkar olunub. Saxlanılan şəxslər izahatlarında narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduqlarını etiraf ediblər.

 

Faktlarla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırmalara başlanıb. Niyaz Hüseynov və Mahir Hümbətov tutularaq istintaqa cəlb olunublar.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş