Bakıda intihar edən gənc qızın şəxsi yazışmaları araşdırılacaq - <font color=red> Baş Prokurorluq</font>

Hadisə

20.02.2021 - 21:41

Həkimlər Klinikalar SEO Xidməti

Baş Prokurorluq gənc qızın intiharı ilə bağlı məlumat yayıb 

 

Bəzi sosial şəbəkə səhifələrində fevralında 19-da çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edən S.Atakişiyevanın şəxsi yazışmalarını əks etdirən fotoşəkil və informasiyalar yayılıb.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən AYNA-ya bildirilib ki, bununla bağlı araşdırmalar aparılır.

 

"Bildiririk ki, yayılmış foto və məlumatlar üzrə Xətai Rayon Prokurorluğunda hərtərəfli araşdırmaların aparılması təmin ediləcəkdir", - deyə məlumatda qeyd edilir.

 

Qeyd edək ki, 20 yaşlı S.Atakişiyeva Yeryemenko küçəsindəki çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edib. O, evin həyətində olan avtomobilin üzərinə düşüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş