Bakıda ikimərtəbəli binada yanğın olub

Hadisə

01.12.2020 - 11:34

Həkimlər Klinikalar SEO Xidməti

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

 

Bakıda ikimərtəbəli kommunal tipli yaşayış binasının ikinci mərtəbəsində yanğın baş verib. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

 

Qeyd olunub ki, ümumi sahəsi 80 kvadratmetr olan mənzilin dam örtüyü yanıb. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş