Bakıda daha üç məktəbdə ənənəvi dərslər bərpa olunub

Xəbərlər

31.03.2021 - 11:02

Həkimlər Klinikalar SEO Xidməti

Hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi qaydalara uyğun olaraq təşkil edilir

 

Martın 31-də paytaxtdakı 39, 258 nömrəli tam orta məktəblərdə və 166 nömrəli məktəb-liseydə əyani tədris prosesi bərpa olunub. Belə ki, qeyd olunan məktəblərin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb. AYNA-nın xəbərinə görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

 

Bildirilib ki, 39, 258  nömrəli tam orta məktəblərdə və 166 nömrəli məktəb-liseydə çalışan bir neçə müəllimin COVID-19 testi pozitiv çıxdığına görə təhsil müəssisələrində  tədris müvəqqəti olaraq distant formada davam etdirilirdi.

 

Qeyd olunub ki, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir.

 

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.

 

Məlum olduğu kimi, paytaxtdakı ümumi təhsil müəssisələrində normal tədris mühitinin bərpası üçün pedaqoji və texniki heyətin vaksinasiya prosesi davam edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş