Bakıda daha bir marşrut xətti kart sisteminə keçir

Xəbərlər

28.09.2021 - 10:18

Həkimlər Klinikalar SEO Xidməti

163 nömrəli avtobusda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək

Bakıda fəaliyyət göstərən daha bir marşrut xətti kart sisteminə keçir. Bakı Nəqliyyat Agentliyindən (BNA) AYNA-ya verilən məlumata görə, sabahdan 163 nömrəli marşrut xətti (Ramana qəsəbəsi - Koroğlu NMM) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Qeyd edək ki, daha öncə 160 nömrəli marşrut xətti ( Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Lökbatan qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda kart sisteminə keçib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş