Bakıda binada yanğın başlayıb

Hadisə

21.12.2020 - 10:38

Hazırda yanğınsöndürmə işləri və digər təxirəsalınmaz xilasetmə tədbirləri həyata keçirilir

 

Bakıda yaşayış binasında yanğın başlayıb. AYNA xəbər verir ki, barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

FHN-nin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu Neftçilər prospekti 83 ünvanında dördmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

 

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri qeyd olunan ünvana cəlb olunub.

 

Hazırda yanğınsöndürmə işləri və digər təxirəsalınmaz xilasetmə tədbirləri həyata keçirilir.

Müəllif: Ayna.az

GÜLSÜM

Dünən, 22:14 Yazarlar