Bakıda bəzi yollarda çökmələr olub

Xəbərlər

09.04.2021 - 12:59

AAYDA: “Yolların asfalt-beton örtüyünün bərpası üçün birgə işlər aparılır”

 

Bakının Nizami rayonunun Əlif Hacıyev, həmçinin Yasamal rayonu ərazisindəki Abbas Mirzə Şərifzadə küçələrində yolun asfalt-beton örtüyündə kiçik çökmələr qeydə alınıb.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən AYNA-ya bildirilib ki, sözügedən ərazilərə dərhal agentliyin əməkdaşları cəlb edilib.

 

Abbas Mirzə Şərifzadə küçəsində çökmə istilik xəttinin, Əlif Hacıyev küçəsində isə kanalizasiya xəttinin keçdiyi ərazidə baş verib.

 

Hazırda çökmə qeydə alınmış ərazilərə aidiyyəti qurumların əməkdaşları da cəlb olunmaqla hadisənin səbəbləri aydınlaşdırılaraq, qısa müddət ərzində aradan qaldırılması və yolun asfalt-beton örtüyünün bərpası üçün birgə işlər aparılır.

Müəllif: Ayna.az