Bakıda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

Xəbərlər

28.09.2026 - 16:03

Şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobuslarla 335,6 milyon sərnişin səfəri həyata keçirilib

Bu ilin yanvar-avqust aylarında Bakı şəhərində şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobuslarla 335,6 milyon sərnişin səfəri həyata keçirilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən AYNA.AZ-a bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 faiz çoxdur.

Hesabat dövründə ictimai nəqliyyatda nağdsız ödənişlərin payında da artım qeydə alınıb. Belə ki, nağdsız ödənişlərin xüsusi çəkisi 84,3 faizdən 89,1 faizə yüksəlib.

Nağdsız ödənişlərin 60 faizi “BakıKart”, 28 faizi EMV texnologiyasından istifadə etməklə bank kartları, 12 faizi isə QR kod vasitəsilə həyata keçirilib.

Göstəricilər ictimai nəqliyyatda rəqəmsal ödənişlərdən istifadənin və sərnişin tələbatının artmaqda davam etdiyini göstərir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş