Bakıda ağac kəsilməsi ilə bağlı araşdırma aparılır

Xəbərlər

26.05.2021 - 18:57

Akasiya ağacının kəsildiyi və üstünün torpaqla örtüldüyü məlum olub

 

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Bakı şəhərində keçirilən nəzarət tədbirləri zamanı Nəsimi rayonu, Abbas Zamanov küçəsi 11-19 ünvanında tikinti aparılan binanın qarşısında bir akasiya ağacının kəsildiyi və üstünün torpaqla örtüldüyü məlum olub.

 

Xidmətin rəsmisi Vaqif Cavadov AYNA-ya bildirib ki, hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş