Bakıda 49 nömrəli marşrutun hərəkət sxemi dəyişdirilib

Xəbərlər

23.09.2026 - 10:55

Bakının Sabunçu rayonunun Mehdi Hüseynzadə küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.

AYNA.AZ xəbər verir ki, məhdudiyyət səbəbindən 49 nömrəli müntəzəm marşrutun hərəkət sxemi  dəyişdirilib.

Təmir işləri yekunlaşanadək marşrutun son dayanacaq məntəqəsi Asif Əsədullayev küçəsində (Yeni Ramana yolu ilə kəsişmənin yaxınlığı) təyin edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş