Bakıda 32 yaşlı kişi özünü yandırıb

Hadisə

07.12.2020 - 11:56

Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb

 

Bakıda intihar hadisəsi baş verib. AYNA-nın APA-ya istinadən xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

 

Rayon sakini, 1988-ci il təvəllüdlü İbrahimov Nurlan Dilqəm oğlu ailə münaqişəsi zəminində yaşadığı evin həyətində üstünə benzin tökərək özünü yandırıb.

 

Ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az