Paytaxt üzrə sərnişindaşımada istismar edilən avtobusların sayı 2203-ə çatdırılıb
Paytaxt Bakı şəhəri üzrə sərnişindaşımada istismar edilən avtobusların sayı 2203-ə çatdırılıb. AYNA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Qeyd olunub ki, 2022-ci ildə bu göstərici 1720 olub.
Hazırda Bakı şəhəri üzrə fəaliyyət göstərən 1696 avtobusda ödənişlər nağdsız qaydada həyata keçirilir. Bu da avtobus parkının 77%-ni təşkil edir.