Bakı və İrəvan təmsilçiləri arasında növbəti görüş

Xəbərlər

04.06.2025 - 10:44

cedabet dərman SEO Xidməti

İtkin düşmüş şəxslər üzrə dövlət komissiyalarının nümayəndələri görüşüblər

Azərbaycanın və Ermənistanın itkin düşmüş şəxslər üzrə dövlət komissiyalarının nümayəndələri arasında növbəti görüş keçirilib. AYNA.AZ xəbər verir ki, görüş çərçivəsində tərəflər münaqişə zamanı itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması ilə bağlı humanitar məsələləri müzakirə ediblər.

Görüşdə məlumat mübadiləsi imkanları, axtarış tədbirlərinin əlaqələndirilməsi məsələləri nəzərdən keçirilib. Tərəflər humanitar sahədə dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb və itkin düşmüş şəxslərin ailələrinin maraqları naminə gələcək təmaslara hazır olduqlarını bildiriblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş