Bakı sakinlərindən sabah küçəyə çıxmamaq xahiş edildi

Xəbərlər

23.04.2021 - 12:50

Həkimlər Klinikalar SEO Xidməti

Paytaxt küçələrində gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

 

Sabah səhər saatlarından etibarən Bakı şəhərinin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Bu barədə AYNA-ya Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

 

Məlumatda bildirilib ki, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş