Bakı Nəqliyyat Agentliyi sürücülərə müraciət edib

Cəmiyyət

15.12.2020 - 14:05

Həkimlər Klinikalar SEO Xidməti

BNA: Paytaxtın Mikayıl Useynov küçəsində yeni yol nişanları qoyulacaq

 

Yaxın günlərdə paytaxtın Mikayıl Useynov küçəsində avtobus zolağının tələblərinə uyğun olaraq müvafiq yol nişanları qoyulacaq.

 

AYNA xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) açıqlamasında bildirilir.

 

"Sürücülərdən hərəkətdə olarkən avtobus zolağının tələblərinə əməl etmələri xahiş olunur. Bu, həm avtobusda hərəkət edənlərin rahatlığı, həm də lüzumsuz yerə cərimə olunmamağınız üçün faydalıdır. Zolağın tələblərinin pozulması inzibati məsuliyyət yaradır və bu qaydaları pozan şəxslər barədə cərimə sanksiyası tətbiq edilir.

 

Xüsusi hərəkət zolağı boyunca yalnız həmin küçədən keçən müntəzəm xətt avtobusları və operativ nəqliyyat vasitələri hərəkət edə bilər", - deyə qurum bəyan edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş