Bağlanmış bankın əmanətçilərindən <font color=red> ETİRAZ</font>

Xəbərlər

18.08.2020 - 12:28

Onlar əmanətlərinin qaytarılması prosesinin sürətləndirilməsini istəyirlər

 

Ləğv prosesində olan “Amrahbank” ASC-nin əmanətçiləri Milli Bankın qarşısına yığışaraq etiraz ediblər. AYNA-nın xəbərinə görə, onlar əmanətlərinin qaytarılması prosesinin sürətləndirilməsini istəyirlər.

 

Qeyd edək ki, banklar üzrə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlanılıb. Bu günə qədər “Amrahbank” ASC-nin 5,2 min əmanətçisinə 124,6 milyon manat kompensasiya ödənilib.

Müəllif: Ayna.az