AzTV-də bədbəxt hadisə

Hadisə

25.12.2020 - 22:53

Həkimlər Klinikalar SEO Xidməti
AzTV-də otağın tavanı çöküb, işçi dağıntılar altında qalıb
 

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binasında bədbəxt hadisə baş verib.

 

AYNA xəbər verir ki, bu barədə AzTV-nin "Facebook" hesabında məlumat paylaşılıb.

 

Bildirilib ki, bu gün axşam saatlarında QSC-nin ərazisində olan üçmərtəbəli binada otaqlardan birinin bir hissəsində tavan çöküb, nəticədə bir əməkdaş xəsarət alıb.

 
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Dağıntılar altında qalan əməkdaşın çıxarılması istiqamətində iş aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş